İspaniya kubokunda 1/4 final mərhələsi davam edir. Matç.az xəbər verir ki, cavab oyunları çərçivəsində iki qarşılaşma baş tutub.

İki şəhərin – Barselona və Sevilyanın təmsilçiləri üz-üzə gəlib. Əzmkar qələbə qazanan "Betis" "Espanyol" səddini əlavə vaxtda adlaya bilib. "Barselona" isə "Sevilya"ya ilk görüşdəki məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb. Kataloniyalılar 6:1 hesablı darmadağına sevinib.

İspaniya kuboku

1/4 final

Cavab oyunları

30 yanvar

"Betis" – "Espanyol" – 3:1, əlavə vaxtda

Selso, 76, Leon, 95, Mendi, 99 – Baptistao, 33

İlk oyun – 1:1

"Barselona" – "Sevilya" – 6:1

Koutinyo, 13-p., 53, Rakitiç, 31, Roberto, 54, Suares, 89, Messi, 90+2 - Arana, 67

İlk oyun – 0:2

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest