Futzal üzrə dünya çempionatının seçmə mərhələsinin Avropa zonası üzrə təsnifat oyunları davam edir. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının rəqiblərinin müəyyənləşəcəyi G və H qruplarında mübarizəyə start verilib.

Əsas seçmə mərhələnin 3-cü qrupunda Slovakiya və Azərbaycanın iki rəqibi məhz təsnifat raundunda bəlli olacaq. H qrupunun qalibi millimizlə eyni "dördlük"də oynayacaq. Bu qrupda Moldova və Finlandiya yarışa qələbə ilə başlaylb.

H qrupunda isə 2-ci yer sahibi rəqibimiz olacaq. Burada Hollandiya turnirə qələbə ilə start veribsə, ikinciliyə iddialı olan Bolqarıstanla Monteneqro sülhə imza atıb.

Dünya çempionatı

Avropa zonası, təsnifat mərhələsi

30 yanvar

G qrupu

Hollandiya – Estoniya – 4:1

Bolqarıstan – Monteneqro – 1:1

H qrupu

Moldova – Uels – 8:4

Finlandiya – Şimali İrlandiya – 9:1

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest