“Olimpik” (Marsel, Fransa) - “Qarabağ” matçı neytral ölkədə oynanıla bilər. Matc.az xəbər verir ki, bu barədə “L Equipe” nəşri yazıb. Buna Ağdam klubunun futbolçularına vurulmuş peyvəndlərin Fransada qəbul olunmaması səbəb göstərilir.
 
İddiaya görə, UEFA məsələ ilə bağlı yerli hakimiyyətlə danışıqlar aparır və oyunçular üçün istisna tətbiq edilməsinə çalışır. Tərəflər ortaq məxrəcə gələ bilməsələr, UEFA-nın qaydalarına uyğun olaraq, qarşılaşma neytral ölkədə baş tuta bilər.
 
“Qarabağ”ın Marsel “Olimpik”i ilə ilk oyunu fevralın 17-də Fransada, cavab görüşü isə ayın 24-də Bakıda keçirilməlidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest