“Qələbə qazanmaq üçün mübarizə aparacağıq. Növbəti mərhələyə yüksəlmək baxımından şansımız davam edir. Düzdür, hər şey öz əlimizdə deyil"

Futzal üzrə Azərbaycan millisinin hücumçusu İsa Atayev Avropa çempionatının qrup mərhələsi çərçivəsində Bosniya və Herseqovinaya qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, bu gün təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
 
“Qələbə qazanmaq üçün mübarizə aparacağıq. Növbəti mərhələyə yüksəlmək baxımından şansımız davam edir. Düzdür, hər şey öz əlimizdə deyil. İstədiklərimizin baş verməsi üçün paralel keçiriləcək oyunda Gürcüstan millisi İspaniyanı yenməlidir. Biz üzərimizə düşəni edəcəyik.
 
Sabah ilk dəfə oyunumuz azarkeşlərin iştirakı ilə keçiriləcək. Futzalda azarkeş önəmlidir. Futzalçıların oyuna motivasiya olması baxımından da əhəmiyyətlidir”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest