19 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandasının təlim-məşq toplanışı keçiriləcək. Matc.az xəbər verir ki, hazırlıq prosesi fevralın 3-dən 10-dək davam edəcək.

Toplanış Bakıda baş tutacaq. Baş məşqçi Vüqar Əsgərli hazırlıqlara 19 futbolçu çağırıb: Elvira Əsgərzadə, Minarə Gözəlova, Nigar Əhmədova, Sona Rəhimova, Aytac Nemətova, Fidan Abdurrahmanova (hamısı 8 â„–-li İOEUGİM), Umnisə Əliyeva, Ləman Niftəliyeva (hər ikisi "Fidan"), Dilara Soley Deli (FSV "Qutersloh", Almaniya), Neslihan Bozkaya, Rümeysa Akkuş, Söngül Dəmirtürk (hamısı "Kemer", Türkiyə), Nərgiz Əliyeva, Nigar Mirzəliyeva, Coşqunə Əliyeva, Nəzrin Məmiyeva (hamısı "Keşlə"), Lamiyə Qurbanova, Anna Abulaşvili (hər ikisi "Qəbələ"), Seval Cakan (SG "Essen-Şonebek", Almaniya).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest