"Barselona" heyətinə yeni futbolçu qatır. Matc.az xəbər verir ki, İspaniya nəhəngi Fransanın "Tuluza" klubunun müdafiəçisi Jan-Kler Todibonu transfer edir.

19 yaşlı futbolçunun keçidi "transfer pəncərə"snin sonunadək həll olunacaq. Bu keçidin qiyməti 1-2 milyon avro aralığında olacaq.

Kataloniya klubunun müdafiəçini yayda azad agent kimi heyətinə qatacağı gözlənilirdi. Lakin "Barselona" Todibonu indidən aşağı qiymətə transfer etmək qərarına gəlib.

Qeyd edək ki, Fransa gənclər yığmasının üzvü "Tuluza"a ümumilikdə keçirdiyi 10 oyunda 1 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest