İngiltərənin "Mançester Siti" klubu yeni transferini gerçəkləşdirib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi xorvatiyalı yarımmüdafiəçi Ante Palavers üçün "Hayduk"a 7 milyon avro ödəyib.

"Şəhərlilər" 18 yaşlı futbolçunu elə aldığı kluba icarəyə verib. İlyarımlıq icarə müddəti mançesterlilərin istəyinə əsasən gələn ilin yanvarında da başa çata bilər.

Qeyd edək ki, Palavers Xorvatiyanın gənclər yığmasının üzvüdü.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest