Futzal üzrə dünya çempionatının seçmə mərhələsinin Avropa zonası üzrə təsnifat oyunları davam edir. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının rəqiblərinin müəyyənləşəcəyi G və H qruplarında II turun görüşləri keçirilib.

Bu qarşılaşmalardan sonra millimizin potensial rəqiblərinin sayı 8-dən 5-ə enib. Belə ki, Şimali İrlandiya, Estoniya və Uels növbəti mərhələ şanslarını itirib.

Əsas seçmə mərhələnin 3-cü qrupunda Slovakiya və Azərbaycana rəqib olmağa G qrupunda üç, H qrupunda iki namizəd qalıb.

H qrupunun qalibi millimizlə eyni "dördlük"də oynayacaq ki, bu komanda növbəti raunda vəsiqəni təmin edənlər – Moldova və Finlandiyanın duelində bəlli olacaq. Hər iki komanda bu turda 2-ci qələbəsini bayram edib.

H qrupunda isə 2-ci yer sahibi rəqibimiz olacaq. Burada Hollandiya əsas raunda vəsiqəni təmin etsə də, tutacağı yerə son turda aydınlıq gələcək. Onların rəqibi olacaq Bolqarıstan kimi Monteneqro da ikincilik şansını qoruyur.

Dünya çempionatı

Avropa zonası, təsnifat mərhələsi, II tur

31 yanvar

G qrupu

Bolqarıstan – Estoniya – 3:2

Hollandiya – Monteneqro – 4:2

1

Hollandiya

2

2

0

0

8-3

6

2

Bolqarıstan

2

1

1

0

4-3

4

3

Monteneqro

2

0

1

1

3-5

1

4

Estoniya

2

0

0

2

3-7

0

 

H qrupu

Moldova - Şimali İrlandiya – 13:3

Finlandiya – Uels – 7:0

1

Moldova

2

2

0

0

21-7

6

2

Finlandiya

2

2

0

0

16-1

6

3

Uels

2

0

0

2

4-15

0

4

Ş.İrlandiya

2

0

0

2

4-22

0

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest