Futbol üzrə Azərbaycan Premyer Liqasının 15-ci turunda keçiriləcək "Neftçi" - "Qarabağ" oyununun biletləri satışa çıxarılıb. Matc.az xəbər verir ki, bu barədə "Neftçi"nin mətbuat xidməti məlumat yayıb.

Futbol üzrə Azərbaycan Premyer Liqasının 15-ci turunda keçiriləcək "Neftçi" – "Qarabağ" oyununun biletləri satışa çıxarılıb. Matc.az xəbər verir ki, bu barədə "Neftçi"nin mətbuat xidməti məlumat yayıb. 
 
Qiyməti 3A sektoruna 5 AZN, digər sektorlara isə 1 AZN təşkil edən biletləri "Bakcell Arena"nın kassalarından əldə etmək mümkündür.
 
Kassalar bu gün saat 18:00-dək, sabah 11:00-dan 18:00-dək, oyun günü isə 11:00-dan 19:00-dək işləyəcək.
 
Fevralın 7-də baş tutacaq "Neftçi" – "Qarabağ" matçına saat 19:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest