İtaliya kubokunda 1/4 final mərhələsinə yekun vurulub. Matç.az xəbər verir ki, mərhələnin son oyununda "İnter" "Latsio"nu qəbul edib.

Qolsuz başa çatan 90 dəqiqədə qalib müəyyənləşməyib. Əlavə vaxtın sonuncu hissəsində hərəyə 1 qol vuran rəqiblər matçın taleyini penaltilərlə həll edib. Daha dəqiq olan romalılar yarımfinala adlayıb.

İlk oyunları fevralın 27-də, cavab görüşləri aprelin 20-də baş tutacaq bu raundda "Latsio", "Fiorentina", "Milan" və "Atalanta" mübarizə aparacaq.

İtaliya kuboku

1/4 final

31 yanvar

"İnter" – "Latsio" – 1:1, p.3:4

İkardi, 120+5 – İmmobile, 108

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest