Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 15-ci tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Turun açılış matçında "Keşlə" "Zirə"ni qəbul edib. Oyun qonaqların qələbəsiylə yekunlaşıb. Turun mərkəzi oyunu isə "Neftçi" ilə "Qarabağ" arasında baş tutub. üç qolun qeydə alındığı bu oyun Ağdam təmsilçisinin qələbəsiylə yekunlaşıb.

Tura sabah keçiriləcək "Sabah" – "Qəbələ" və "Səbail" – "Sumqayıt" oyunları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
15-ci tur
7 fevral

"Keşlə" – "Zirə" 0:1
Qol: M.Hamdaui, 45.
Qırmızı vərəqə: İ.Qırtımov, 39 (ikinci sarı).
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Rəhman İmami, Əliyar Ağayev.
Bakı. "ASK Arena", 16:00.

Keşlə: 85. Kamal Bayramov, 2. İlkin Qırtımov (k), 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev, 5. Kərim Diniyev, 19. Fəhmin Muradbəyli, 11. Sadio Tounkara, 77. Merab Qiqauri, 10. Felipe Santos, 6. Franko Flores, 13. Pərviz Azadov.
Ehtiyat oyunçular: 1. Stanislav Namaşko, 27. Əkpər Vəliyev, 8. Tural Axundov, 29. Amil Yunanov, 72. Aldair Neto, 22. Elçin Mustafayev, 14. Turan Vəlizadə, 70. Bahadur Həziyev, 95. Rəhman Daşdəmirov, 74. Kamal Kazımov, 75. Vüsal Qənbərov, 54. Rəşad Həsənov.
Baş məşqçi: Sənan Qurbanov.

Zirə: 1. Mehdi Cənnətov, 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev (k), 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 18. Davit Volkov, 44. Dmitrios çantakias, 47. Məhəmməd Hamdaui, 9. Loris Broqno, 14. Hamidu Keyta, 4. Cəlal Hüseynov.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 8. İlkin Muradov, 10. Ağabala Ramazanov, 2. Sertan Taşkın, 15. Ruslan Abışov, 92. Brayan Alseus, 51. Rüstəm Nuruyev, 13. Ramin Əhmədov, 61. Nizami Səmədov, 56. Samir Ağayev, 25. Vüsal Əliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

"Neftçi" – "Qarabağ" 1:2
Qol: M.çəlik, 81 – K.Borges, 25; 62.
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Müslüm Əliyev, Fərid Hacıyev.
Bakı. "Bakcell Arena", 19:00.

Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 97. Xəyal Nəcəfov, 19. Azər Salahlı, 14. Eddi İsrafilov, 6. Voyislav Stankoviç, 24. Yusuf Laval, 4. Huqo Basto, 9. Ttaqo Bezerra, 77. Gilyerme Pato, 20. Mərt çəlik.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 93. Rza Cəfərov, 26. ömər Buludov, 3. Mamadu Mbodj, 10. Sezar Meza Kolli, 91. Ramon Maçado, 7. Azər Əliyev, 21. İsmayıl Zülfüqarlı, 37. Vüsal Əsgərov, 73. Ramin Nəsirli.
Baş məşqçi: Samir Abasov.

Qarabağ: 23. Luka Quqeşaşvili, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 77. Ramil Şeydayev, 7. Riçard Almeyda (k), 10. Abdullah Zubir, 81. Kevin Medina, 29. Marko Veşoviç, 20. Kadi Borges, 27. Toral Bayramov.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 30. Abbas Hüseynov, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 21. Rauf Hüseynli, 44. Elvin Cəfərquliyev, 97. Rüstəm Əhmədzadə, 22. Musa Qurbanlı, 24. Zamiq Əliyev, 83. Nihad Quliyev.
Baş məşqçi: Qurban Qurbanov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest