Bu gün Yüksək Liqada keçirilən 2 oyun iki statistik göstərici ilə yadda qalıb. Matç.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, ilk oyunda cari mövsümdə 100-cü qol vurulub.

EKOL – Yasamal İSK qarşılaşmasında birincilər yubiley qolunun müəllifi olub. Belə ki, Samir Məstiyevin 25:37-də vurduğu qol mövsümün ilk üçrəqəmli yubileyidi.

Bu oyunda iki ildən sonra daha bir göstərici yenilənib. Bir oyunda 20-dən artıq qol vuran komanda olub EKOL. Bu göstərici sonuncu dəfə 2016-2017-ci il mövsümündə qeydə alınmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest