"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində "Sabah"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, Baxşıyev, 0:3 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
- Düşündüyümüz kimi, ağır oyun keçdi. "Sabah" iddialı komandadır. Yaxşı heyətləri var. Matça yaxşı başladıq, amma əlimizə düşən qol imkanlarını dəyərləndirə bilmədik. Rəqib layiqli qələbə qazandı.
 
- Hakimlikdən narazı qaldız?
- Hakimlərə də qiymət verən qurum var. İnanıram ki, onlar da oyuna baxacaq, lazımı qiyməti verəcəklər. Köməkçimə hansı səbəblə sarı vərəqə verildi, bilmədik. ümumi oyun idarəçiliyi normal idi.
 
- Ruan Renatonun meydanda olmaması komandaya təsir etdi?
- Yoxluğu bizə təsir edir. O, bizim əsas oyunçularımızdandır. Ruhdan düşməyəcəyik.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest