AFFA-nın Hakimlər Komitəsi U-13 və daha aşağı yaş qruplarına aid komandalar arasında keçirilən turnirlərlə bağlı yeni qərar qəbul edib. Matc.az assosiasiyanın saytına istinadən xəbər verir ki, bundan sonra bu yaş qruplarından ibarət komandaların oyunlarına 1 hakim təyinat alacaq.

Qərar beynəlxalq Oyun Qaydalarının tələbləri, beynəlxalq təcrübə və hakimlərin fiziki hazırlığının yüksəldilməsi əsas götürülərək qəbul olunub. İndiyə qədər qeyd olunan bəzi turnirlərdə oyunları 2 hakim idarə edirdi. 

Qeyd edək ki, bir neçə gün əvvəl Hakimlər Komitəsi futzal üzrə 1-ci və 2-ci liqalarda hakim sayının 3-ə qaldırılması haqda qərar vermişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest