İngiltərə millisinin sabiq futbolçusu Piter Krauç yenidən Premyer Liqada çıxış edəcək. Matç.az xəbər verir ki, 38 yaşlı hücumçu "Bernli" ilə müqavilə imzalayıb.

O, cari mövsümün sonunadək bu klubda çıxış edəcək. Krauç yeni komandasında 15 nömrəli formanı geyinəcək.

Mövsümə "Stok Siti"də başlayan hücumçu çempionşipdə keçirdiyi 23 oyundan 21-də meydana sonradan daxil olsa da, 2 qol vura bilib. O, 2011-ci ildən şərəfini qoruduğu bu klubadək "Sauthempton", "Portsmut", "Liverpul" və "Tottenhem"də də oynayıb.

Qeyd edək ki, Krauç İngiltərə millisində 42 oyunda 22 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest