Bu gün Birləşmiş Ərəb Əmirliklərində keçirilən sayca 17-ci Asiya kubokuna yekun vurulacaq. Matc.az xəbər verir ki, qitənin ən nüfuzlu turnirində final oyunu baş tutacaq.

24 yığmanın iştirakı ilə 4 şəhərin 8 stadionda baş tutan final mərhələsinin həlledici qarşılaşmasınmda Yaponiya və Qətər milliləri üz-üzə gələcək. Düzdü, Dç-2022-yə ev sahibliyi edəcək sonuncuların finala buraxılmaması da gündəmə gəlmişdi.

Futbolçuların milliləşdirilməsindəki xətalara görə Qətər yığmasının yarışdan kənarlaşdırılması ehtimalı yaransa da, onların finalda oynaması mümkün olub. İndiyədək heç yarımfinala çıxmayan qətərlilər bununla da yarışın tarixinə 13-cü finalçı kimi düşüb.

4 dəfə final oynayan Yaponiya isə heç vaxt həlledici oyunda uduzmayıb. Asiya kubokunun ən titullu komandası olan "Gündoğar ölkə" təmsilçisi 5-ci çempionluğunu bayram etmək, 1992, 2000, 2004 və 2011-ci illərdəki uğurunu təkrarlamaq əzmindədi.

Oyun ölkənin paytaxtı Əbu-Dabidə keçiriləcək. Matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Final oyunu 20 televiziya kanalı ilə canlı yayımlanacaq. Lakin Azərbaycan futbolsevərləri bu görüşü ya internetlə, ya da Qətərin ödənişli "beİn Sports" vasitəsilə izləyə biləcək. çünki Yaponiya – Qətər oyunu əsasən Asiya ölkələrinin kanallarında yayımlanacaq. Başı həftəsonu başlayan çempionatlara qarışan Avropada isə yalnız bir neçə ölkə Asiyadakı qarşılaşmaya maraq göstərəcək.

Asiya kuboku

Final

1 fevral

18:00. Yaponiya – Qətər

Baş hakim: Ravşan İrmatov (özbəkistan)

Əbu-Dabi. "Zayid Sport Siti" stadionu

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest