Topaz Premyer Liqasının XV turunda "Sabah"la qarşılaşacaq "Zirə" bu gün oyun öncəsi son məşqinə çıxıb. Matç.az saytının məlumatına görə, Biləcəri Futbol Mərkəzində keçirilən məşqdə bu gün 41 yaşı tamam olan baş məşqçi Samir Abasov təbrik edilib.

Daha sonra isə "Sabah"la oyunun son çalışmalarına start verilib.

Qeyd edək ki, Topaz Premyer Liqasında II dövrənin açılış matçı olacaq "Zirə" – "Sabah" görüşü sabah saat 16:30-da start götürəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest