Fevralın 4-5-də təlim məşq toplanışı keçirəcək İtaliya yığmasının heyəti açıqlanıb. Matc.az saytının məlumatına görə, baş məşqçi Roberto Mançini milliyə 32 futbolçu dəvət edib.

Onların arasında 36 yaşlı Fabio Qvalyarellanın olması azarkeşlərin marağına səbəb olub. Belə ki, bu mövsüm karyerasının "ikinci baharı"nı yaşayan "Sampdoriya"nın forvardı A seriyasında meydana çıxdığı 20 oyunda 16 qol vuraraq bombardirlər siyahısına liderlik edir.

Qvalyarella həmçinin 6 qolun da vurulmasında birbaşa iştirak edərək son ötürməni verib.

Qeyd edək ki, 2007-2010-cu illərdə millidə 25 oyun keçirmiş veteran hücumçu 7 qola imza atıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest