Yayda "Neftçi"dən Cənubi Koreyanın "Seul E Land" klubuna keçən İqnasio Errera Azərbaycana qayıda bilər. Bu haqda matc.az saytına futbolçunun özü məlumat verib. çilili "Menecerim hazırda Bakıdadı, "Neftçi" və başqa Azərbaycan klubları ilə danışıq apardığına əminəm" deyib.

Dario Frederikonu Cənubi Koreyaya satan "flaqman"ın Erreranı bu ölkədən geri qaytarmaq perspektivləri kifayət qədər məntiqli görünür. Belə ki, çilili vinger hər iki cinahda eyni uğurla çıxış edə bilir və ötən mövsüm "Neftçi"nin ən yaxşı oyunçularından biri kimi komandanın bürünc medala yiyələnməsində əsas pay sahiblərindən olub.

İqnasio Errera ilə müsahibəni az sonra matc.az saytında oxuya bilərsiniz.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest