İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb. Matc.az-ın məlumatına görə, bu barədə EPL-in rəsmi saytı xəbər yayıb.

Bildirilib ki, ən yaxşı oyunçu adına 6 namizəd iddia edəcək. Onların arasından qalibi isə azarkeşlərin səsverməsi müəyyən edəcək.

Qapıçı Tom Hiton ("Bernli"), müdafiəçi Coşua Kinq ("Bornmut"), hücumçu Aleksandr Lakazet ("Arsenal"), yarımmüdafiəçi Ceyms Uord-Prouz ("Sauthempton"), müdafiəçi Viktor Lindelöf və hücumçu Markus Reşford (hər ikisi "Mançester Yunayted") bu ad uğrunda qiyabi mübarizə aparacaqalar.

Qeyd edək ki, qalibin adına bir həftə sonra fevralın 8-də aydınlıq gələcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest