Topaz Premyer Liqasının 3-cü dövrəsinin ilk qarşılaşmasında səfərdə "Qəbələ" ilə qarşılaşacaq olan "Sumqayıt" hazırlıqlarını davam etdirir. Matc.az saytının məlumatına görə, komanda Ayxan Abbasovun rəhbərliyi altında bu gün "Kapital Bank Arena"nın təbii örtüklü ehtiyat meydançasında növbəti məşqini keçirib.

Müdafiəçi Şəhriyar Əliyev bərpa prosesi keçdiyi üçün fitness zalında hazırlaşıb. 1.5 saat davam edən məşq prosesi əsasən toplu çalışmalar və müxtəlif taktiki gedişlər üzərində qurulub.

Qeyd edək ki, "Qəbələ" – "Sumqayıt" qarşılaşması 3 fevral, saat 14:00-da Qəbələ şəhər stadionunda keçiriləcək. Matç CBC Sport telekanalı ilə canlı yayımlanacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest