"Qəbələ" zədəli futbolçularının durumunu açıqlayıb. Matc.az xəbər verir ki, komandanın dörd futbolçusu hazırlıqda iştirak etmir.
 
Bərpa dövrünü başa vuran Rüfət Əhmədov topla məşqlərə başlayıb. O, fərdi qaydada çalışır.
 
İki futbolçu zədədən sonra bərpa dövrü keçir. Buna görə də ürfan Abbasov və Yaovi Akakpo da komanda ilə məşq etmir.
 
Gülağa Əsədovun Türkiyənin İstanbul şəhərindəki əməliyyatı uğurla keçib. Gənc futbolçu artıq Azərbaycana qayıdıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest