Almaniya III Bundesliqasında XXII tura start verilib. Matc.az aytının məlumatına görə, milli komandamızın üzvü Rüfət Dadaşovun çıxış etdiyi "Proysen" də növbəti oyununa çıxıb.

Sözügedən komanda doğma meydanda "Kayzerslautern"lə qarşılaşıb. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmaya start heyətində başlayan Rüfət 73-cü dəqiqədə əvəzlənib.

Qeyd edək ki, 22 oyundan sonra aktivində 33 xal olan "Proysen" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest