"Mançester Yunayted"in baş məşqçisi Ole-Qunnar Sulşer gələn mövsüm də bu komandanın "sükanı arxası"nda ola bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, onun taleyi çempionlar Liqasındakı çıxışdan asılı olacaq.

1/8 final mərhələsində PSJ ilə oyunların nəticəsi norveçli mütəxəssisin durumunu dəqiqləşdirəcək. Əgər komanda Fransa nəhəngini mübarizədən kənarlaşdırsa, o zaman rəhbərlik Sulşerə yeni müqavilə təklif edəcək və onu baş məşqçi kimi təsdiqləyəcək.

Qeyd edək ki, "Mançester Yunayted"lə PSJ arasında oyunlar fevralın 12-də və martın 6-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest