İtaliyanın "Parma" klubu qapıçısı Canluici Buffonla müqavilənin müddətini uzadıb. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 44 yaşlı futbolçunun yeni müqaviləsi 2024-cü ilədək nəzərdə tutulub.
 
Buffon "Parma" ilə ötən yay müqavilə bağlayıb. İtaliya millisinin keçmiş üzvü karyerası ərzində "Yuventus", PSJ kimi klublarda çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest