Almaniya II Budnesliqasının XX turu çərçivəsində keçirilməli olan "Erzgebirge" – "Köln" matçı təxirə salınıb. Matc.az saytının məlumatına görə, buna səbəb Aue şəhərinə yağan güclü qardı.

Milli komandamızın üzvü Dmitri Nazarovun da şərəfini qoruduğu "Erzgebirge" saat 16:30-da hazırda ikinci pillədə qərarlaşmış "Köln"ü qəbul etməli idi. Ancaq federasiya rəsmiləri hər iki klub rəhbərliyi ilə danışdıqdan sonra belə qərar qəbul ediblər.

Qeyd edək ki, 19 oyundan sonra aktivində 22 xal olan "Erzgebirge" turnir cədvəlinin 13-cü pilləsində yer alıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest