"Komandaya dəvət olunduğum gündən bu qısa müddətdə komanda üçün əlimdən gələni etməyə çalışmışam". Matc.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin məşqçisi Zaur Həşimov deyib.

Klubdakı sənəd üzərindəki struktur dəyişikliyi ilə bağlı sualları cavablandıran Həşimov fikirlərini bölüşüb: "Elə vəziyyət yarandı ki, bu baxımdan da köməyim lazım oldu və etiraz etmədim. Mənim üçün də xoşdur ki, komandaya xeyrim dəyir. Amma bütün baş məşqçi səlahiyyətləri yenə Sənan Qurbanovdadır və görüşlə bağlı sualları da ona ünvanlaya bilərsiz".

Qeyd edək ki, UEFA-nın lisensiyalaşmasında ən vacib meyarlardan biri baş məşqçinin "Pro" kateqoriyasına malik olmasıdır. "Qəbələ"nin baş məşqçisi vəzifəsini tutan Sənan Qurbanov isə A kateqoriyasına sahibdir. Bu səbəbdən "Pro" kateqoriyasına sahib olan Həşimov sənəd üzərində komandanın baş məşqçisi kimi göstərilib.

Əlavə olaraq bildirək ki, sonuncu iş yeri Azərbaycan U-18 millisi olan Həşimov bu ilin yanvarından "Qəbələ"də köməkçi-məşqçi kimi çalışır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest