"Monako"nun yeni baş məşqçisinin təqdimatı tarixi müəyyənləşib. Matç.az saytı xəbər verir ki, "Knyazlıq klubu" yeni çalışdırıcısını oktyabrın 15-də təqdim edəcək.

Portuqaliyalı Leonardu Jardimi istefaya göndərən monakolular bu posta Tyerri Anrini gətirir. Fransa millisinin sabiq futbolçusu Belçika yığmasının köməkçi məşqçi postundan sabah ayrılmalıdı. Bu komanda ilə Dç-2018-in bürünc medalını qazanan Anri baş məşqçi fəaliyyətini Liqa1-də başlayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest