İspaniya Sequndasında XXIV turun oyunları keçirilir. Matc.az saytının məlumatına görə, milli komandamızın üzvü Eddi İsrafilovun komandası "Alkorkon" səfərdə "Malyorka" ilə qarşılaşıb.

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşə ehtiyat oyunçular skamyasında başlayan Eddi sona qədər oyuna daxil ola bilməyib.

Qeyd edək ki, 24 oyundan sonra aktivində 38 xal olan "Alkorkon" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest