"Qəbələ"nin futbolçusu Lalavele Atakora Toqo millisində növbəti oyununu keçirib. Matç.az saytı xəbər verir ki, yarımmüdafiəçi Afrika Millətlər Kubokunun seçmə mərhələsində meydana çıxıb.

O, D qrupunun III turunun Qambiya ilə ev oyununda iştirak edib. Start heyətində meydana çıxan Atakora 58-ci dəqiqədə Ahueke Denki ilə əvəzlənib. Toqo millisi bu ev oyununda 1 xalla kifayətlənib – 1:1.

Xatırladaq ki, üç oyundan sonra hesabında 2 xal olan Atakoranın komandası 4-cü pillədə qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest