"2015-ci ildən millinin formasını geyinirəm. Vaxt tez keçir. Emre Belözoğlu və Arda Turanla oynadım. Bu ay da Burak Yılmaz millidən ayrıldı"

Futbol üzrə Türkiyə millisinin yeni kapitanı seçilib. Matc.az xəbər verir ki, Türkiyə millisində yeni kapitan Hakan çalhanoğlu olub.
 
"İnter"in 27 yaşlı oyunçusu İtaliya ilə yoxlama oyunu öncəsi keçirilən mətbuat konfransında kapitan seçilməsi ilə bağlı bunları söyləyib:
 
"Kapitan olmağın məsuliyyətini anlayıram və bu adı qürurla daşıyacağam. Hər kəs öz üzərinə məsuliyyəti götürməlidir, ancaq hər kəsdən öncə bunu mən etməliyəm. 2015-ci ildən millinin formasını geyinirəm. Vaxt tez keçir. Emre Belözoğlu və Arda Turanla oynadım. Bu ay da Burak Yılmaz millidən ayrıldı".
 
Millinin sabiq kapitanı Burak Yılmaz Dç 2022-nin pley-off mərhələsinin yarımfinalında Portuqaliya ilə matçdan (1:3) sonra millidəki karyerasını başa vurduğunu açıqlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest