Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Dünya çempionatının seçmə mərhələsi çərçivəsində aprelin 7-də Bosniya və Herseqovina və 12-də Danimarka yığmasına qarşı keçirəcək oyunları idarə edəcək hakimlər açıqlanıb.
 
Matc.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Sarayevoda keçiriləcək Bosniya Herseqovina - Azərbaycan qarşılaşmasını İngiltərədən, Viborqda baş tutacaq Danimarka – Azərbaycan oyununu isə Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək:
 
Bosniya və Herseqovina – Azərbaycan
7 aprel. Sarayevo. Saat 17:00
Baş hakim: Körsti Dovl
Baş hakimin köməkçiləri: Melissa Börgin, Sofie Denninqton
Dördüncü hakim: Lisa Ben
 
Danimarka – Azərbaycan
12 aprel. Viborq. Saat 20:00
Baş hakim: Silvia Dominqos
Baş hakimin köməkçiləri: Olqa Almeyda, Kristina Moreyra Kosta
Dördüncü hakim: Filipa Pereyra Kunha 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest