Futbol üzrə Türkiyə Super Liqasında 31-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.
 
"Kasımpaşa" "Qaziantep"i, "Alanyaspor" isə "Rizəspor"u məğlub yola salıb. "Konyaspor" da "Göztəpə" ilə ev oyununda darmadağına sevinib.
 
Turun mərkəzi qarşılaşması da bu gün keçirilib. çempionluğa çox yaxın olan "Trabzonspor" "Medikal Park"da "Beşiktaş"la üz-üzə gəlib. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
 
Türkiyə Super Liqası
31-ci tur
 
2 aprel
 
Girəsunspor – Sivasspor 2:2
Qol: U.Nayir, 72; 79 – Kayode, 39. Qradel, 44.
 
Kayserispor – Fənərbaxça 0:4
Qol: Zayç, 16. Rossi, 45. İ.Kahveçi, 54. A.Gülər, 90+3.
 
Altay – Antalyaspor 1:2
Qol: Rayan, 74-pen – L.Adriano, 25. Rayt, 70.
 
Qalatasaray – Fatih Karagümrük 2:0
Qol: Qomis, 4-pen. Babel, 12.
 
3 aprel
 
Kasımpaşa – Qaziantep 2:1
Qol: Muleka, 41. Haderqyonay, 90+7-pen – Djilobodji, 35.
 
Konyaspor – Göztəpə 3:0
Qol: çikalleşi, 6. O.ülgün, 28. Byutyuqi, 71.
 
Alanyaspor – Rizəspor 2:1
Qol: E.Akbaba, 9. E.Karaca, 60-pen – Sisse, 66.
 
Trabzonspor – Beşiktaş 1:1
Qol: Kornelius, 56 – Rozye, 71.
 
4 aprel
 
21:30. Hatayspor – Adana Dəmirspor
21:30. Başakşəhər – Yeni Malatyaspor

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest