İlk oyunlara İstanbulda start verilib. "Fənərbaxça" öz meydanında Rusiya təmsilçisi "Zenit"lə qarşılaşıb.

UEFA Avropa Liqasında 1/16 final mərhələsi başlayıb. Matc.az saytının məlumatına görə, mərhələnin ilk oyunu Türkiyədə keçirilib.

"Fənərbağça" Rusiya "Zenit"ini qəbul edib. İstanbuldakı "Şükrü Saracoğlu" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 21-ci dəqiqədə İslam Slimani vurub. Qonaqlar 44-cü dəqiqədə hesabı bərabərləşdirmək imkanı əldə ediblər. Lakin Robert Mak penaltidən yararlana bilməyib. Onun zərbəsini "Fənər"in qapıçısı Harun Tekin dəf edib. 

Qeyd edək ki, 1/16 final mərhələsinin digər ilk qarşılaşmaları fevralın 14-də olacaq.

Avropa Liqası

1/16 final, ilk oyun

12 fevral

"Fənərbağça" (Türkiyə) – "Zenit" (Rusiya) - 1:0

İslam Slimani, 21

İstifadə olunmayan penalti: Robert Mak, 44 ("Zenit")

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest