Almaniyanın "Borussiya" (Dortmund) klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Bundesliqa təmsilçisi "Yan Regensburq"dan Aleksandr Meyeri transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 31 yaşlı qolkiperlə 2 illik müqavilə imzalanıb.
 
Meyer 2019-cu ildən "Yan Regensburq"da çıxış edirdi. Alman futbolçunun sözügedən klubla müqaviləsinin müddəti bitdiyi üçün, Dortmund təmsilçisinə azad agent kimi keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest