"Real"ın gənc hücumçusu Vinisius Junior tezliklə Braziliya millisində debüt edə bilər. Matc.az saytının məlumatına görə, bu barədə AS nəşri xəbər yayıb.

Bildirilib ki, 18 yaşlı futbolçu artıq mart ayında millinin toplanışına dəvət alacaq.

Braziliya millisinin skautları Avropada oynayan gənc oyunçuları xüsusi izləməyə alıblar. Bunların arasında "Milan"da son vaxtlar özünü yaxşı tərəfdən göstərən Lukas Paketa və "Porto"lu Eder Militao da var.

Qeyd edək ki, bu mövsüm "Real"ın heyətində 12 La Liqa matçında forma geyinən Vinisius 2 qol imza atıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest