13 Fevral 2019, 13:01
AVROPA LİQASI
UEFA Avropa Liqası turnirinin 2019-cu ildə Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa hazırlıq çərçivəsində UEFA nümayəndələrinin Bakıya sonuncu – 5-ci işgüzar səfəri başlayıb. Matc.az AFFA-nın saytına istinadən xəbər verir ki, fevralın 15-dək davam edəcək səfər proqramında UEFA-nın 57 nəfərdən ibarət işçi heyəti stadion, mobillik, fan zona, mehmanxanalar, könüllülük, təhlükəsizlik, marketinq, media və sair məsələlərlə bağlı görüşlər keçirir.
AFFA-nın baş katibi Elxan Məmmədov Bakı Olimpiya Stadionunda təşkil olunmuş görüşlərdə iştirak edib, qeyd olunan məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.