İtaliyanın "İnter" klubu Mauro İkardini kapitanlıqdan məhrum edib. Matc.az xəbər verir ki, 25 yaşlı argentinalı qarşı belə addımın atılmasının rəsmi səbəbi açıqlanmır.

Amma bunu İkardinin yeni müqavilə bağlamaması ilə əlaqələndirmək olar. Onun illik maaşın 7 milyon avro olduğu anlaşma imzalayacağı gözlənilsə də, bu müqavilə hələ də bağlanmayıb.

"İnter" artıq yeni kapitanı da təqdim edib. Bundan sonra sarğını qapıçı Samir Handanoviç daşıyacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest