İngiltərənin "Tottenhem" klubu mövsümlərarası fasilədə heyətini gücləndirməyə qərar verib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi yay üçün transfer siyahısını müəyyənləşdirib.

Paytaxt klubunun keçidini planlaşdırdığı oyunçulardan beşi yarımmüdafiəçidi. "Lester"dən Ceyms Meddison, "Bornmut"dan Devid Bruksu almaq istəyən London təmsilçisi digər üç oyunçunu ölkə xaricindən transfer edə bilər.

Bunlar "Ayaks"ın üzvü Donni van den Beek, PSJ-nin futbolçusu Adrian Rabio və "Valensiya"nın oyunçusu Karlos Solerdi.

Lakin bu "beşlik"dən başqa İtaliya "İnter"indən ayrılmaq istəyən İvan Perişiç də baş məşqçi Maurisio Poçettinonun diqqətindədi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest