"İnter" yeni müqavilədə razılığa gələ bilmədiyi Mauro İkardiyə cəza verməyə davam edir. Matc.az saytının məlumatına görə, Milan klubu argentinalı oyunçunu heyətdən də kənarlaşdırıb.

Belə ki, Avropa Liqasının 1/16 final mərhələsinin "Rapid"lə oyunu üçün heyəti açıqlanan komandanın sıralarında İkardiyə yer verilməyib.

İtaliya mətbuatı iddia edir ki, 25 yaşlı hücumçu ilə klub yeni müqavilə imzalamağa yaxın olsa da, oyunçunun şəxsi istəkləri səbəbindən anlaşma gecikir. Nəzərdə tutulan sövdələşməyə görə, İkardi illik 7 milyon avro qazanc əldə edəcək. Onun sərbəst qalmaq məbləği isə 180 milyon avro dəyərində olacaq.

"İnter" bu gün açıqladığı digər qərarla argentinalını kapitanlıqdan da məhrum edib.

Qeyd edək ki, 2013-cü ildən "neradzurra"nın formasını geyinən İkardi meydana çıxdığı 177 oyunda 109 qola imza atıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest