"Vest Hem"in müdafiəçisi Deklan Rays milli komandasını dəyişmək istəyir. Matc.az saytının məlumatına görə, futbolçu İngiltərə millisində çıxış etmək istəyir.

Bu barədə tviter hesabından açıqlama verən Rays FİFA-ya bununla bağlı müraciət etdiyini bildirib.

Müdafiəçi Londonda doğulub orada böyüsə də, irland əsilli olduğu üçün aşağı yaş qruplarından etibarən bu ölkənin yığmasında çıxış edib.

Qeyd edək ki, 2018-ci ilin mart ayında İrlandiyanın əsas yığmasında debüt edən Rays milli ilə 3 matçda forma geyinib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest