çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində baş tutan "Ayaks" – "Real" matçı ikincilərin müdafiəçisi Serxio Ramos üçün yubileylə əlamətdardır. Matc.az saytının məlumatına görə, kapitan "kral klubu" ilə 600-cü matçına çıxıb.

32 yaşlı oyunçu bu göstəricidə klub tarixində 7-cidir. Onu sadəcə Fernando Yerro, Fransisko Xento (hər ikisi 601 oyun), Santilyana (645), Manuel Sançes (710), İker Kasilyas (725) və Raul (741) qabaqlayır.

Qeyd edək ki, 2005-ci ildən "Real"da çıxış edən Ramos bu klubla 20 müxtəlif mükafat qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest