21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Norveç – Azərbaycan oyununun hakimləri açıqlanıb. Matç.az saytı xəbər verir ki, millimizin AVRO-2019-un son seçmə qarşılaşmasını bolqarıstanlı hakimlər idarə edəcək.

Oktyabrın 16-da keçiriləcək görüşün baş hakimi Volen çinkov olacaq. Ona Deniz Sokolovla Miroslav Maksimov kömək edəcək. Dördüncü hakim funksiyası Nikolay Yordanova tapşırılıb.

Qeyd edək ki, Dammen şəhərinin Marienlist stadionundakı matç Bakı vaxtı ilə saat 20:15-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest