çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində "Ayaks"la oyunda fərqlənən "Real"ın futbolçusu Kərim Benzema tarixə düşüb. Matc.az saytının məlumatına görə, bu, fransalı futbolçunun qitənin ən nüfuzlu klub turnirində 60-cı qolu olub.

Bununla da Benzema çL-də ən çox qol vuran oyunçular siyahısında 4-cü pilləyə yüksəlib.

Ondan daha çox isə Raul (71), Messi (106) və Kristiano Ronaldo (121) fərqlənib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest