Paraqvay millisinin baş məşqçisi Xuan Karlos Osorio istefa verib. Matc.az xəbər verir ki, mütəxəssis postundan ayrılmasını ailə məsələləri ilə izah edib.

2018-ci ilin sentyabrında bu vəzifəyə təyin edilən 57 yaşlı kolumbiyalının fəaliyyəti yarım il sürüb. Meksika millisini Dç-2018-in 1/8 finalına daşıyan Osorio Paraqvay yığmasına yalnız bir görüşdə başçılıq edir. CAR-la yoldaşlıq oyunu 1:1 hesabı ilə başa çatıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest