Almaniya Bundesliqasının ən yaxşı bombardiri Luka Yoviçin müştərilərinin sayı artır. Matc.az xəbər verir ki, İngiltərə "çelsi"si də "Ayntraxt"ın hücumçusunu transfer etmək qərarına gəlib.

Transfer hüquqları Portuqaliya "Benfika"sına məxsus olan serbiyalını İspaniya nəhəngləri "Barselona" və "Real" da heyətində görmək istəyir. "çelsi" Yoviç üçün Primeranın iki iddialısı ilə mübarizə aparmalı olacaq.

Luka 32 yaşlı Olivye Jirunu əvəzləməlidi. "çelsi" onun keçidi üçün 45 milyon avro ödəməyə hazırdı.

Qeyd edək ki, 21 yaşlı hücumçu Bundesliqanın cari mövsümündə 19 oyunda vurduğu 14 qolla bombardirlər siyahısına başçılıq edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest