Bu gün Avropa Liqasında pley-off həyəcanı start götürəcək. Matc.az saytının məlumatına görə, 1/16 final mərhələsində ilk oyunlar keçiriləcək.

Cari mövsüm final qarşılaşmasının Bakıya salınması azərbaycanlı futbolsevərlərə hər mərhələni xüsusi maraqla izləmək imkanı verir. çempionlar Liqası ilə müqayisədə ikinci dərəcəli turnir sayıldığından, adətən nəhəng klublar Avroliqaya ciddi maraq göstərmirlər. Əsasən ikinci dərəcəli ölkələrin komandaları üçün bu titulu qazanmaq baxımından böyük şansdı. Ancaq qalibin çempionlar Liqasına vəsiqə qazanması ilə bağlı qərardan sonra bəzi nəhənglər də Avropa Liqasına ciddi yanaşmağa başlayıb.

Təbii ki, azərbaycanlı fanatlar üçün "Qalatasaray" və "Fənərbaxça"nı Bakıda görmək daha həyəcanlı olardı. çünki bu iki klubun ölkəmizdə ən böyük azarkeş kütləsinə malik olduğu faktdı. Ancaq bu dəfə kifayət qədər sanballı rəqiblər var. "Arsenal", "İnter", "çelsi" və "Napoli" əsas favoritlər sayılır. Etiraf edək ki, ilk üç komandanı yaxın illərdə Bakıda görən yerli fanatlar üçün "Napoli"nin gəlişi finala fərqli ab-hava qatar.

Elə İtaliya mətbuatı da neapolluların final yolundakı əsas rəqibləri qismində adıçəkilən komandaları, həmçinin "Sevilya"nı görür. Həmkarlarımız İtaliya finalını da istisna etməyiblər: "İnter" və "Napoli"nin mərhələ adlamaması möcüzə olar. çünki "Rapid"lə "Sürix" komandalarımızla yarışacaq gücdə deyillər. "Latsio"nun da favoritlərdən olan "Sevilya"nı turnirdən kənarlaşdırması yerinə düşər. Belədə Bakı finalı yolunda iki əsas rəqib qalar - "çelsi" və "Arsenal". London təmsilçilərinin Premyer Liqada uğursuz çıxışı onları Avropa Liqasına daha ciddi yanaşmağa vadar edir. çünki bilirlər ki, bu yolla çempionlar Liqasına vəsiqə qazanmaq daha asandı. Bu da "Napoli" və "İnter" üçün təhlükəni daha da artırır".

Qeyd edək ki, Avropa Liqasının final görüşü mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest