İtaliyanın "Napoli" klubunun futbolçusu Marek Hamşikin çinə transferi gerçəkləşib. Matc.az xəbər verir ki, slovakiyalı yarımmüdafiəçi "Dalyan İfan" klubuna keçib.

Neçə vaxtdı gündəmdə olan transferin rəsmiləşməsini "Napoli" nümayəndələri açıqlayıb. üçillik müqavilə imzalayan Hamşik yeni klubunda ildə 9 milyon avro qazanacaq.

Marek sabah Asiyaya yollanacaq. O, öncə tibbi müayinədən keçib, ardınca komandaya qoşulacaq.

Qeyd edək ki, AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan Slovakiya millisinin üzvü 2007-ci ildən Neapol təmsilçisində çıxış edirdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest