AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Stuchlik beynəlxalq turnirə təyinat alıb. Matc.az xəbər verir ki, qurum rəsmisi martın 20-dən 26-dək Xorvatiyada keçiriləcək 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinin 3-cü qrupunun oyunlarında iş başında olacaq.

O, turnir zamanı hakim-inspektor vəzifəsini yerinə yetirəcək. 3-cü qrupda Almaniya, Xorvatiya, Norveç və Macarıstan yığmaları mübarizə aparacaq. 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest