"Neftçi"nin məşqçilər korpusuna yeni təyinatlar olub. Matc.az xəbər verir ki, 42 yaşlı Viorel Dinu köməkçi məşqçi, 34 yaşlı Boqdan-Kornel Merişanu isə fiziki hazırlıq üzrə məşqçi vəzifəsini yerinə yetirəcək.
 
Hər iki mütəxəssislə 2 illik müqaviləyə imza atılıb.
 
Qapıçılar üzrə məşqçi isə 53 yaşlı Florin Aleksandru olacaq. Onunla yaxın günlərdə müqavilə bağlanacaq.
 
Qeyd edək ki, hər üç rumıniyalı mütəxəssis bundan əvvəl də baş məşqçi Laurentsiu Regekampf ilə birlikdə çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest